...

ADP ilə bağlı "Azadlıq" bloku strukturlarında dəyişiklik ediləcək

Siyasət Materials 4 Aprel 2007 14:41 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Demokrat Partiyası "Azadlıq" siyasi blokunu tərk etdikdən sonra blokun Məclisi 120 nəfərdən ibarət yenidən formalaşdırılıb. Bu barədə "Azadlıq" blokunun həmsədri Əli Əliyev açıqlama verib.

O bildirib ki, blokda dörd partiya təmsil olunan vaxtlarda Məclis üzvlərinin sayı hər partiyadan 25 nəfər olmaqla 100 nəfər idi. Lakin ADP bloku tərk etdiyi üçün Məclisin tərkibində dəyişiklik yarandı və say artırıldı. Artıq üç partiyanın hər birindən 40 nəfər

olmaqla 120 nəfər Məclis üzvü var.

Əliyev qeyd edib ki, "Azadlıq" blokunun komissiyalarında da ADP üzvlərinin yerinə başqa şəxslər seçiləcək. Onun sözlərinə görə, blokun doqquz komissiyası formalaşdırılıb. Onlardan bəzilərinin sədrləri, həmçinin sədr müavini və katibləri ADP-nin nümayəndələri idi. Komissiyalarda ADP-çilərin yerinə digər üç partiyadan olan nümayəndələr seçiləcək.

"Azadlıq" blokunda üç müxalifət partiyası- Azərbaycan Xalq Cəbhəsi (AXCP), Liberal, Vətəndaş və İnkişaf (VİP) partiyaları təmsil olunur. ADP siyasi kursunda dəyişiklik etdiyi üçün əvvəlcə blok rəhbərliyi tərəfindən onun burada fəaliyyəti dayandırıldı, sonra partiya özü bloku tərk etdi.

Xəbər lenti

Xəbər lenti