Azərbaycan, Bakı / Trend müxbir E. Hüseynli/Azərbaycan prezidenti İlham Əliyev bu gün Qazaxıstanın baş naziri Kərim Məsimovu qəbul edib. Azərbaycanın dövlət başçısı iki ölkə arasında münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirib. Qazaxıstanın baş naziri deyib ki, Azərbaycana səfəri zamanı müzakirə olunan məsələlər iki dövlətin mənafeyi naminə əməkdaşlığın möhkəmlənməsinə töhfəsini verəcək.