...

"Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" qanuna əlavələr edilib

Siyasət Materials 7 Aprel 2007 13:48 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasından verilən məlumata görə, "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" qanun məmurların şəxsi və vəzifə maraqlarının toqquşmasının qarşısını alacaq.

Yeni əlavələrə əsasən, dövlət qulluqçusu qulluq etdiyi dövrdə maraqların toqquşmasına yol verməməlidir. Dövlət qulluqçusunun xidməti vəzifələri ilə onun şəxsi maraqları arasında ziddiyyət yarana biləcəyi halda o, dövlət qulluğuna qəbul olunduqda və ondan sonrakı dövrdə həmin maraqların xarakteri barədə məlumat verməyə borcludur.

Qanunun tələblərinə əsasən, dövlət qulluqçusu başqa işə keçdiyi halda maraqların toqquşmalarına səbəb ola biləcəyi halda dövlət orqanının rəhbərliyinə məlumat verməlidir. Dövlət qulluqçusu vəzifədən getdikdən sonra əvvəllər fəaliyyətinə nəzarət etdiyi müəssisələrin bölmələrində işə qəbul edilə bilməz.

Xəbər lenti

Xəbər lenti