...

Gəncə şəhərində polislərin fəaliyyəti ilə bağlı şikayətlərin sayı azalıb

Siyasət Materials 9 Aprel 2007 12:36 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E. Hüseynli/ Gəncədə polis işçilərinin fəaliyyəti ilə bağlı şikayətlərin sayı azalıb. Bu barədə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov məlumat verib. E.Əzizovun sözlərinə görə, bu hal Gəncədə polis orqanlarında baş verən mənfi halların azalmasından xəbər verir.

Gəncədə təhsil və səhiyyə işçilərindən təzyiq yolu ilə kommunal xərclərin yığılması ilə bağlı yayılan məlumatları təkzib edən E.Əzizov bildirib ki, icra hakimiyyəti bu prosesdə iştirak etmir və bununla bağlı hər hansı şikayət daxil olmayıb. İcra başçısı hesab edir ki, Azərbaycan bazar iqtisadiyyatı yolu ilə gedirsə, hamı, o cümlədən məmurlar qaz və işıqdan istifadəyə görə haqq ödəməlidir.

E.Əzizov Gəncənin iri müəssisələrinin özəlləşdirilməyə çıxarılması ilə bağlı məlumat olmadığını da qeyd edib.

Xəbər lenti

Xəbər lenti