...

Prezident İlham Əliyev:Azərbaycanın dövlət büdcəsi regional inkişafa ayrılmış məbləği artıracaq

Siyasət Materials 9 Aprel 2007 16:27 (UTC +04:00)

Azərbaycan,Cəlilabad/müxbir Trend A.İsmayılova/Mayda ölkə regionlarının inkişafı istiqamətində Azərbaycan dövlət büdcəsinə yenidən baxılacaq. Bu barədə bu gün Cəlilabad rayonuna səfəri çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.

Cənub regionuna səfər çərçivəsində ölkə prezidenti Əliyev günün birinci yarısında Masallıdan sonra Cəlilabadın bir sıra mərkəzi obyektlərinə baş çəkib. Belə ki, dövlət başçısı 5 ay ərzində əsaslı dərəcədə yenidən qurulmuş avtovağzala baxış keçirib. Bundan sonra prezident rayonun ağsaqqalları ilə görüşdüyü Heydər Əliyev parkına baş çəkib. Sonra Əliyev Cəlilabad rayonunda 1100 yerlik ən böyük məktəbin tikintisi ilə tanış olub.

Bununla da Azərbaycan prezidentinin ölkənin cənub regionlarına səfəri başa çatıb.

Xəbər lenti

Xəbər lenti