...

Suriyanın xarici işlər naziri Azərbaycana səfər edəcək

Siyasət Materials 12 Aprel 2007 14:34 (UTC +04:00)

Suriya,Dəməşq/ Trend /Suriyanın xarici işlər naziri Valid əl-Muallem azərbaycanlı həmkarı Elmar Məmmədyarovun Azərbaycana səfər barədə dəvətini qəbul edib.

Dəvət bu yaxınlarda Məmmədyarovun Dəməşqə rəsmi səfəri çərçivəsində aparılmış danışıqlarda səsləndirilib. Bu barədə SANA agentliyinə istinadən Trend məlumat verir.

Görüşdə müzakirə olunan məsələlər arasında xüsusi yeri bu ildə Suriyada Azərbaycan səfirliyinin açılması tutub. Səfirliyin açılışı üçün Azərbaycan tərəfi Suriya parlamentinin təsdiqini gözləyir.

"Hər iki tərəf iki ölkə arasında münasibətlərin dərinləşməsi və genişləndirilməsinə razıdır" - deyə Məmmədyarov bildirib. O, suriyalı həmkarını Orta Asiya və Cənubi Qafqazda yeni inkişaflar barədə və Azərbaycanın bu regionda rolu barədə məlumatlandırıb. Hər iki tərəf müxtəlif sahələrdə iki ölkə arasında əməkdaşlığın davam etdirilməsinin zəruriliyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti