...

Azərbaycan prezidenti Koreyaya rəsmi səfər edəcək

Siyasət Materials 12 Aprel 2007 16:18 (UTC +04:00)
Azərbaycan prezidenti Koreyaya rəsmi səfər edəcək

Azərbaycan, Bakı/ Trend müxbir A.Qasımova/ Azərbaycan prezidenti İlham Əliyev aprelin 23-25-də Cənubi Koreyaya rəsmi səfər edəcək. Cənubi Koreyanın prezident ofisinin xəbərində dövlət başçısını səfərdə birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın müşayiət edəcəyi göstərilib.

Səfərdə məqsəd ölkələr arasında ikitərəfli əlaqələri müzakirə etməkdir. Koreya prezidenti Ro Mu Xyun və Azərbaycan prezidenti İlham Əliyev aprelin 23-də energetika və təbii ehtiyatlar sahəsində mübadilə və əməkdaşlığın genişləndirilməsi yollarının müzakirə ediləcəyi sammit keçirəcəklər.

Bu, 1992-ci ildə ölkələr arasında əlaqələr qurulpndpn bəri Azərbaycan Prezidentinin Cənubi Koreyaya ilk rəsmi səfəridir. Koreya prezidenti isə öz növbəsində ötən ilin mayında Azərbaycana səfər etmişdi.

Ötən il keçirilən sammitdə Cənubi Koreya və Azərbaycan Xəzər dənizi regionundakı Cənub-qərbi Asiya ölkələrində neft ehtiyatlarının birgə inkişaf etdirilməsi barədə razılıq əldə ediblər.

Həmçinin onlar yaxın gələcəkdə hər iki ölkənin paytaxtında səfirliklərin açılması barədə razılaşıblar.

Seulda Azərbaycan səfirliyi 2007-ci ilin fevralından fəaliyyət göstərir.

İki ölkə "İnam" dəniz strukturunun işlənilməsi layihəsində Koreyanın Milli Neft Korporasiyasının və cənubi Koreya şirkətlərinin iştirakını nəzərdə tutan qarşılıqlı anlaşma memorandumu imzalamışdılar.

Xəbər lenti

Xəbər lenti