...

Səfir: Moldova hökuməti Azərbaycan və Moldova regionları arasında birbaşa əlaqələrin qurulmasında maraqlıdır

Siyasət Materials 12 Aprel 2007 18:41 (UTC +04:00)
Səfir: Moldova hökuməti Azərbaycan və Moldova regionları arasında birbaşa əlaqələrin qurulmasında maraqlıdır

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Azərbaycanın regionları əməkdaşlığın inkişafı nöqteyi-nəzərindən Moldova hökuməti üçün böyük maraq təşkil edir. Xüsusilə də iki ölkənin regionları arasında birbaşa əlaqələrin qurulması baxımından. Bu barədə cümə axşamı Moldovanın Azərbaycandakı səfiri İon Robu bildirib.

Onun sözlərinə görə, bu cür əməkdaşlıq perspektivlərini o, Astara rayonuna etdiyi səfər zamanı yerli icra hakimiyyətinin başçısı ilə görüşündə müzakirə edib. Rayon rəhbərliyi ilə əməkdaşlıq perspektivlərini müzakirə edən səfir çay emalı fabriki, konserv zavodu və iki fermer təsərrüfatında olub. Onun sözlərinə görə, əməkdaşlıq bir sıra məhsulların ixrac və idxalını özündə əks etdiriəcək.

"Moldova Azərbaycan regionlarına xeyli məhsul təklif edə bilər. Bu məhsullar sırasına şərabçılq, yüngül sənaye, kənd təsərrüfatı texnikası daxildir",-deyə diplomat bildirib. Onun sözlərinə görə, hətta müxtəlif region təmsilçilərinin qarşılıqlı səfər imkanları müzakirə olunub. Əməkdaşlıq gələcəkdə Moldova və Azərbaycan regionları arasında imzalanacaq saziş və müqavilələrlə möhkəmlənə bilər, deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti