...

YAP sədrinin müavini: "Azərbaycan AŞ PA qarşısında götürdüyü öhdəlikləri tam yerinə yetirib"

Siyasət Materials 17 Aprel 2007 13:22 (UTC +04:00)
YAP sədrinin müavini: "Azərbaycan AŞ PA qarşısında götürdüyü öhdəlikləri tam yerinə yetirib"

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycan Avropa Şurası Parlament Assambleyası (AŞ PA) qarşısında götürdüyü öhdəlikləri tam yerinə yetirib. Bu barədə çərşənbə axşamı açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin müavini, icra katibi Əli Əhmədov məlumat verib. Onun sözlərinə görə, AŞ PA-da təmsil olunanlardan kiminsə baxışlarına əsasən Azərbaycanın qurum qarşısında götürdüyü öhdəlikləri tam yerinə yetirməməsini söyləmək əhəmiyyət kəsb edən məsələ deyil. Əhmədov hesab edir ki, Azərbaycan quruma üzv olduğu dövrdən bəri tədricən öhdəliklərin yerinə yetirilməsi siyasətini həyata keçirib. "Avropa Şurası ilə Azərbaycan arasında normal münasibətlər var və bunu danmaq istəyənlər Azərbaycanın xarici ölkələrdə imicinə zərbə vurmaq niyyətini güdürlər. Bu isə həmişə uğursuz alınıb" - deyə Əhmədov bildirib.

Xəbər lenti

Xəbər lenti