...

Səfir: "Türkiyə sərhədlərindən Azərbaycana kürdlərin axını yoxdur"

Siyasət Materials 17 Aprel 2007 15:11 (UTC +04:00)
Səfir: "Türkiyə sərhədlərindən Azərbaycana kürdlərin axını yoxdur"

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Türkiyə sərhədlərindən Azərbaycana kürdlərin gəldiyi barədə yayılan məlumatlar reallığı əks etdirmir. Bu barədə çərşənbə axşamı Türkiyənin Azərbaycandakı səfiri Hüseyn Avni Qarslıoğlu məlumat verib. Onun sözlərinə görə, bu məsələdə rəqəmlər şişirdilir. "Türkiyədən Azərbaycana kürdlərin kütləvi şəkildə köçü olmayıb. Belə hadisə baş versəydi, hər yerdən görünərdi və hamı bunu bilərdi. Bu məsələ nəzarət altındadır" - deyə Hüseyn Avni Qarslıoğlu bildirib.

Türkiyənin İraqla sərhədində əlavə hərbi qüvvələrin və texnikanın cəmləşdirilməsinə münasibət bildirən səfir həmçinin qeyd edib ki, Türkiyə təhlükəsizliyini təmin etmək məqsədilə ölkə sərhədində lazımi tədbirlər görür. Səfir deyib ki, Türkiyə sərhədləri daxilində şərtlər nəyi tələb edirsə, onu da gerçəkləşdirir.

Xəbər lenti

Xəbər lenti