...

Bolqarıstanın baş naziri Azərbaycanla iqtisadi – ticari əlaqələrin səviyyəsindən narazıdır

Siyasət Materials 18 Aprel 2007 18:14 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Azərbaycan və Bolqarıstan arasınada ticari-iqtisadi əlaqələrin səviyyəsi Blqarıstan hökumətini razı salmır. Bu barədə Azərbaycanın fövqəladə hallar nazir Kəmaləddin Heydərovu Sofiyaya səfəri çərçivəsində qəbul edən Bolqarıstan baş naziri Sergey Stanişev bildirib.

Azərbaycanın bu ölkədəki səfiri Famil Əliyevin telefonla bildirdiyinə görə, baş nazir iqtisadi əlaqələrin hazırkı səviyyəsinin ölkələrimizin potensialına uyğun olmadığını söyləyib.

Ötən il ərzində əmtəə dövriyyəsinin həcmi üzrə statistikanı xatırladan Stanişev Azərbaycandan Bolqarıstana ixracın 47 mln. dollar, idxalın isə 9 mln. Olduğunu bildirib. Görüşdə ticari-iqtisadi əlaqələrin gücləndirilməsinin vacibliyi vurğulanıb.

Səfər çərçivəsində Kəmaləddin Heydərov həmçinin baş nazirin müavini və fövqəladə hallar naziri Emel Etellə görüşüb. Tərəflər bu sahədə əməkdaşlığın inkişafı, təbii fəlakətlər və fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı birgə fəaliyyət məsələlərini müzakirə ediblər. Azərbaycan və Bolqarıstanın adıçəkilən nazirlikləri arasında fövqəladə halların nəticələrinin aradan qaldırlması sahəsində əməkdaşlıq barədə memorandum imzalanacaq.

Sofiyada Azərbaycanın fövqəladə hallar naziri həmçinin Bolqarıstanın nəqliyyat naziri Pyotr Mutafçiyevlə görüşüb.

Xəbər lenti

Xəbər lenti