...

Andreas Qross AŞPA-nın iclasında çıxış edib

Siyasət Materials 18 Aprel 2007 19:18 (UTC +04:00)

Fransa, Strasburq/ Trend müxbir E.Məcidli/ Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə keçmiş həmməruzəçisi Andreas Qross AŞPA-nın bugünkü iclasında "Avropa demokratiya və insan haqları" movzusunda hazırladığı məruzəylə çıxış edib. Avropa Şurasına üzv dövlətlərdə insan haqları və demokratiyanın inkişafı ilə bağlı müəyyən problemlərin olduğunu söyləyən Qross uşaq hüquqları sahəsindəki axsamanı, qadınlara qarşı zorakılığı misal olaraq göstərib.

O, Avropa Şurasına üzv ölkələrdə media hüquqları ilə bağlı da ciddi problemlər olduğunu, mətbuat azadlığının gücləndirilməsinin vacibliyini vurğulayıb.

İsveçrəli deputat Qrossun məruzəsində öldürülən jurnalistlər rus Qerasimenko, Politkovskaya və ukraynalı Qonqadze ilə yanaşı, azərbaycanlı jurnalist Elmar Hüseynovla bağlı cinayət işi də öz əksini tapıb.

Xəbər lenti

Xəbər lenti