...

Bakının Cabbarlı meydanında reyd keçirilib

Siyasət Materials 19 Aprel 2007 16:34 (UTC +04:00)

Baku, 19 aprelə/ korr. TrendLife E.Cavadova/Aprelin 18-də Nəsimi Rayon Polis İdarəsi 22-ci bölməsinin əməkdaşları C.Cabbarlı meydanında (metronun "28 May" stansiyasının qarşısında) keçirdikləri reyd zamanı tüfeyli və yüngül həyat tərzi keçirən 9 nəfər qadını saxlayıblar. Bunlar 45 yaşlı Səadət Qurbanova (Xiyabani küçəsi), 40 yaşlı Sevda Həsənova (Ucar rayonu), 34 yaşlı Tövbə Quliyeva (Cəlilabad), 51 yaşlı Hüriyyə Məmmədova (Lənkəran), 55 yaşlı Nazilə Soltanova (Sumqayıt), 35 yaşlı Nəzakət Qafarova (Əli Bayramlı), 34 yaşlı Roza Axundova (Abşeron), 41 yaşlı Həqiqət Abbasova və 40 yaşlı Sona Rzayevadır (hər ikisi Bakı). Barələrində protokol tərtib edildikdən sonra onlar Nəsimi Rayon Məhkəməsinə göndəriliblər.

Xəbər lenti

Xəbər lenti