...

Macarıstanda Azərbaycan əsgərlərinin xatirəsinə abidə ucaldılacaq

Siyasət Materials 21 Aprel 2007 14:34 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Azərbaycana üç günlük səfərlə gələn Macarıstanın Hərb Tarixi İnstitutunun və Muzeyinin direktoru, general-leytenant Jozaf Perens Xolle Xanlar rayonunda olub. Azərbaycanın Müdafiə Nazirliyindən verilən məlumata görə, Xolle İkinci Dünya Müharibəsi zamanı əsir götürülmüş macar əsgərlərinin basdırıldığı qəbristanlıqda olub. Səfər zamanı macar əsgərlərinin dəfn olunduğu yerdə abidənin ucaldılması məsələsi müzakirə edilib.

Xanlarda olarkən abidənin ucaldılacağı yerə baxış da keçirilib. Qəbristanlıqda olarkən Xolle bildirib ki, Macarıstanda da İkinci Dünya Müharibəsi zamanı həlak olan azərbaycanlı əsgərlərin qəbrləri var və onların da Macarıstanda xatirə abidəsinin ucaldılması məsələsi müzakirə olunur.

Xanlar rayonu Azərbaycanın paytaxt Bakıdan 380 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti