...

Prezident Aparatının şöbə müdiri: "Azərbaycan bütün torpaqların azad olunmasını istəyir"

Siyasət Materials 26 Aprel 2007 11:55 (UTC +04:00)
Prezident Aparatının şöbə müdiri: "Azərbaycan bütün torpaqların azad olunmasını istəyir"

Azərbaycan, Bakı /müx. Trend S.Ağayeva/ Azərbaycan prezidentinin İcra Aparatının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov cümə axşamı bəyan edib ki, Azərbaycan bütün torpaqların işğaldan tam azad olunmasını istəyir. İstər Dağlıq Qarabağ, istərsə də bütün ətraf rayonlar olsun.

Məmmədov bu fikri ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayzanın bəyanatını şərh edərkən söyləyib. Brayza bildirib ki, danışıqların əsas prinsipləri yaxın gələcəkdə Dağlıq Qarabağ ətrafındakı beş rayonun dərhal boşaldılmasını və Azərbaycana qaytarılmasını, habelə orada sülhməramlı qüvvələrin yerləşdirilməsini və qaçqınların geri qaytarılmasını nəzərdə tutur.

Məmmədov qeyd edib ki, Azərbaycan prezidenti ölkəmizin bu məsələ ilə bağlı mövqeyini açıqlayıb və bu mövqe dəyişilməz olaraq qalır. "ATƏT-in Minsk qrupu həmsədrlərinin ayrı-ayrı bəyanatlarına baxmayaraq, Azərbaycan bütün işğal olunmuş ərazilərin qaytarılmasına təkid edir" - deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti