...

Naxçıvanda avtomobili sərxoş halda idarə edən 191 sürücü saxlanılıb

Siyasət Materials 28 Aprel 2007 11:29 (UTC +04:00)

Azərbaycan, Naxçıvan/ Trend müxbir F.Zeynalov / Naxçıvanda birinci rübdə təhlükəsizlik kəmərindən istifadə etməyən 443 sürücü saxlanılıb. Naxçıvan MR Dövlət Yol Polisindən (DYP) verilən məlumata görə, məsuliyyətə cəlb edilmələr 594 halda avtomobili yüksək sürətlə idarəetmə ilə bağlı olub.

Birinci rübdə Naxçıvan MR-də191sürücü sərxoş vəziyyətdə idarə etməyə, 62-si sürücülük vəsiqəsi olmaması, doqquzu qırmızı işıqda keçməyə görə, dördü polis tələbinə tabe olmadığına, biri isə avtomobili dövlət nömrə nişansız idarə etdiyinə görə inzibati qaydada məsuliyyətə cəlb edilib.

Hesabat dövründə baş verən iki yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb, ikisi yaralanıb. Ötən ilin müvafiq dövründə isə baş verən dörd hadisə zamanı iki nəfər ölüb, dördü yaralanıb.

Naxçıvan MR ərazisi 5,5 min kvadrat kilometrdir. Ölkə ərazisinin 6,4%-ni təşkil edir. 7 inzibati rayona (Babək, Şərur, Ordubad, Sədərək, Şahbuz, Culfa və Kəngərli ) bölünüb. Əhalisi 380,2 min nəfər, paytaxtı Naxçıvan şəhəridir.

Xəbər lenti

Xəbər lenti