...

Açıq Cəmiyyət Partiyası ictimai- siyasi təşkilatlarla danışıqlar aparır

Siyasət Materials 3 May 2007 13:45 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Açıq Cəmiyyət Partiyası Azərbaycanın ümummilli problemlərinin müzakirəsinə həsr olunan Forum keçirilməsi üçün 40-dan artıq siyasi, ictimai təşkilatlarla danışıqlar aparıb. Bu barədə cümə axşamı partiyanın sədri Akif Şahbazov məlumat verib.

Şahbazov bildirib ki, Forum mayın 25-də Bakıda keçiriləcək. Forumda iştirak etmək üçün bütün siyasi partiyalara, qeyri-hökumət təşkilatlarına, fəal ictimaiyyət nümayəndələrinə müraciət edilib.

"Artıq 40 təşkilatla danışıqlar aparmışıq, onlardan 15-i siyasi partiyalar, qalanları qeyri-hökumət təşkilatları, ictimai birliklərdir. Bu təşkilatların hamısı Forumla bağlı razılıqlarını veriblər. Daha 20 partiya və təşkilatlarla da danışıqlarımız olacaq. Hakim partiya da daxil omaqla bütün siyasi qüvvələrin iştirakı ilə Azərbaycanda insan haqları, demokratik seçki mühitinin yaradılması, söz azadlığı və digər mühüm məsələlər müzakirə olunacaq və konkret qərarlar qəbul ediləcək" - deyə Şahbazov bildirib.

Müxalifəti təmsil edən Açıq Cəmiyyət Partiyasının lideri Azərbaycanın eks-spikeri Rəsul Quliyevdir. Quliyevin tərəfdarları Azərbaycan Demokrat Partiyasından (ADP) ayrılaraq öz qurultaylarını keçirib, Açıq Cəmiyyət Partiyasını yaradıblar.

Xəbər lenti

Xəbər lenti