...

Azərbaycan müxalifət partiyası Nizamnaməsini dəyişdirəcək

Siyasət Materials 7 May 2007 17:56 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Demokrat Partiyasının (ADP) doqquzuncu qurultayında partiyanın Nizamnaməsi dəyişdiriləcək. Bu barədə bazar ertəsi ADP-dən məlumat verilib.

ADP-nin qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinin bazar ertəsi keçirilən iclasında Azərbaycandakı ictimai-siyasi vəziyyət, qurultaya hazırlıq məsələləri müzakirə olunub. Bəzi rayon təşkilatlarının konfranslarının nəticəsi və bəzi sənəd nümunələri təsdiq olunub.

İclasda partiya Nizamnaməsinin daha demokratik prinsiplər əsasında formalaşdırılması üçün bir sıra təkliflərin layihəyə salınması qərara alınıb.

Müxalifəti təmsil edən ADP 1991-ci ildə Sərdar Cəlaloğlu tərəfindən yaradılıb. 2000-dən bu ilin fevralınadək ADP-yə eks-spiker Rəsul Quliyev sədrlik edib. Partiyanın doqquzuncu qurultayı mayın 27-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti