...

Millət vəkili: "Kürd əsilli Türkiyə vətəndaşlarının Azərbaycana köçməsi nəticəsində dövlətin təhlükəsizliyinə problemlər yaranarsa, rəsmi strukturlar buna reaksiya verəcəklər"

Siyasət Materials 8 May 2007 19:00 (UTC +04:00)
Millət vəkili: "Kürd əsilli Türkiyə vətəndaşlarının Azərbaycana köçməsi nəticəsində dövlətin təhlükəsizliyinə problemlər yaranarsa, rəsmi strukturlar buna reaksiya verəcəklər"

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Kürd əsilli Türkiyə vətəndaşlarının Azərbaycana köçməsi nəticəsində dövlətin təhlükəsizliyinə problemlər yaranarsa, rəsmi strukturlar buna reaksiya verəcəklər. Bu barədə çərşənbə axşamı Bakıda Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü, hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə məlumat verib.

Millət vəkili qeyd edib ki, Azərbaycan demokratik dövlətdir, həm vətəndaşlarımızın xaricə səfərləri, həm də xarici vətəndaşların Azərbaycana gəlib-getməsi qanunla tənzimlənir.

"Mən bu məsələdə narahatlıq elementləri görmürəm", -deyə Mirzəzadə əlavə edib.

Deputat vurğulayıb ki, hər hansı bir millətin hədəfə götürülməsi düzgün deyil.

Son günlər kürd əsilli Türkiyə vətəndaşlarının kütləvi şəkildə Azərbaycana köçürülmələri haqqında məlumatlar yayılıb.

Xəbər lenti

Xəbər lenti