...

Nazir müavini: "Xəzərin hüquqi statusu ilə bağlı çoxtərəfli formatda razılığın əldə olunması məsələsi gecikdirilir"

Siyasət Materials 10 May 2007 12:47 (UTC +04:00)
Nazir müavini: "Xəzərin hüquqi statusu ilə bağlı çoxtərəfli formatda  razılığın əldə olunması məsələsi gecikdirilir"

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Xəzərin hüquqi statusu ilə bağlı çoxtərəfli formatda (Azərbaycan, Qazaxıstan, Turkmənistan, İran, Rusiya) razılığın əldə olunması məsələsi gecikdirilir. Bu barədə cümə axşamı jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov açıqlama verib.

Xəzərin hüquqi statusuna dair aprelin 23-24 Aşqabadda keçirilən beştərəfli görüşə toxunan nazir müavini bildirib ki, ikitərəfli formatda məsələlərin razılaşdırılması daha tez olur.

Aşqabaddakı müzakirələr zamanı qərara alınıb ki, Xəzərin statusu ilə bağlı çoxtərəfli formatda işçi qrupun növbəti iclası Tehranda keçirilsin. Xələfov bu görüşün növbəti üç ay ərzində keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib.

Xəzərin dibinin bölüşdürülməsi məsələsində Azərbaycan, Rusiya və Qazaxıstan arasında artıq razılıq əldə olunub. Üç ölkə arasında iki və üç tərəfli saziş imzalanıb. Türkmənistan və İran dənizin orta bölgü xəttinin müəyyən edilməsi məsələsində razılığa gəlmir və bu, Sovet İttifaqı dağıldıqdan sonra Xəzərin statusu məsələsinin həllinə maneə yaradır.

Xəbər lenti

Xəbər lenti