...

Əcnəbilərdən oğurluq edən Azərbaycan vətəndaşları həbs edilib

Siyasət Materials 12 May 2007 14:46 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E. Hüseynli/ Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət-Axtarış İdarəsi və Bakının Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Böyük Britaniya vətəndaşlarını döyərək onlardan mobil telefon və pul götürən şəhər sakinləri Rauf Nurizadə və Seymur Hüseynov tutulublar. Bu barədə şənbə günü DİN-in mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, onlar aprelin 29-da Nəsimi rayonu ərazisində Böyük Britaniya vətəndaşları Kevin Soldersi və Pol Stengeri vəhşicəsinə döyüblər və üstlərindən bir mobil telefon, 80 manat pul götürüblər. Faktla bağlı cinayət işi açılıb.

Xəbər lenti

Xəbər lenti