...

Azərbaycanda yarım tondan artıq narkotik maddə aşkarlanaraq məhv edilib

Siyasət Materials 12 May 2007 15:10 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E. Hüseynli/ Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Zərdab rayon Polis Şöbəsinin əməkdaşları dünən keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 665 kiloqram olan çətənə kolu aşkarlayıb. Bu barədə şənbə günü DİN-dən məlumat verilib.

Məlumata görə, rayonun Əlicanlı kəndi ərazisində aşkarlanan səkkiz sot sahədə 3800 ədəd çətənə kolu məhv edilib. Hazırda ərazinin kimə məxsus olduğu araşdırılır.

Zərdab paytaxt Bakıdan 300 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti