...

Yeni Azərbaycan Partiyasının sədrinin müavini: "Əli Kərimli ictimai əhəmiyyətini artırmaq üçün həbs olunmasına dair şaiyə uydurub"

Siyasət Materials 17 May 2007 11:29 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin müavini, icra katibi Əli Əhmədov cümə axşamı bəyan edib ki, ölkənin müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli ictimai əhəmiyyətini artırmaq üçün həbs olunmasına dair şaiyə uydurub.

Əhmədovun sözlərinə görə, Kərimli özünün tutulma ehtimalını söyləyirsə, görünür, onun hərəkətində qanunla üzbəüz dayanmağa əsas var. Digər tərəfdən, AXCP sədri həbs olunmasının qarşısının alınması üçün bilərəkdən qabaqcadan gəlmişlik edir.

"Kərimli xəlvəti nə edibsə, bundan xəbərdar deyiləm"- deyə YAP təmsilçisi söyləyib.

AXCP mətbuat xidmətindən Əhmədovun mövqeyini absurd adlandırıblar və heç bir həqiqətə söykənmədiyini bildiriblər.

Azərbaycanda müxalifəti təmsil edən AXCP hazırda "Azadlıq" siyasi blokunun üzvü və həmtəsisçisidir. Partiyanın qurucusu və 2000-ci ilə qədər sədri Azərbaycanın eks-prezidenti mərhum Əbülfəz Elçibəy olub. 2000-ci ildən indiyədək AXCP-yə keçmiş dövlət katibi, sabiq millət vəkili Əli Kərimli sədrlik edir.

Xəbər lenti

Xəbər lenti