...

Bakıda "Tranzitar cəmiyyətlərdə demokratiya" mövzusunda beynəlxalq konfrans keçiriləcək

Siyasət Materials 23 May 2007 10:00 (UTC +04:00)
Bakıda "Tranzitar cəmiyyətlərdə demokratiya" mövzusunda beynəlxalq konfrans keçiriləcək

Azərbaycan, Bakı /müx. Trend S.Ağayeva / Azərbaycanda müasir demokratik inkişafının nəzəriyyəsi və təcrübəsinin üzə çıxarılması ilə bağlı müzakirələr mayın 23-də Bakıda keçiriləcək beynəlxalq konfransın əsas məqsədidir. Tədbirin təşkilatçıları rolunda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Milli Elməlr Akademiyası çıxış edir. Konfrans Azərbaycan Prezidentinin İcra Aparatının dəstəyi ilə keçiriləcək.

Tədbirdə milli demokratik tranzit, müasir demokratik dalğanın müvəffəqiyyətləri və çatışmazlıqları müzakirə olunacaq. Eyni zamanda, demokratik keçidin xüsusiyyətləri və qloballaşma proseslərinin ona təsiri, habelə tranzitar cəmiyyətlərin iqtisadi inkişafının bağlılığı və demokratik quruluşun yaranması ətrafında fikir mübadiləsi aparılacaq.

Konfransda ölkənin rəsmi şəxslərinin, politoloqların, habelə Azərbaycan, Gürcüstan, Rusiya, Türkiyə, Almaniya, Ukrayna və digər ölkələrin elm adamlarının iştirak edəcəyi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti