...

Müxalifət partiyasının sədri: "İqtidar-müxalifət dialoqu müstəvisində Forum təşkil olunacaq"

Siyasət Materials 21 May 2007 11:38 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Açıq Cəmiyyət Partiyası Azərbaycanın ümummilli problemlərinin müzakirəsinə həsr olunan Milli Forumda iştirak üçün siyasi partiyaların, ictimai təşkilatların, media orqanlarının rəhbərləri, ziyalılar olmaqla 75 nəfərə dəvət göndərib. Bu barədə bazar ertəsi Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Akif Şahbazov məlumat verib.

Şahbazov bildirib ki, ACP-nin təşkilatçılığı ilə Forum mayın 25-də Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək. Onun sözlərinə görə, bu təşəbbüslə bağlı müraciətə mənfi cavab verən olmayıb. ACP hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədovun da ünvanına dəvət göndərib.

"Bu tədbir həm də iqtidar-müxalifət dialoqu müstəvisində təşkil olunacaq. Hər iki düşərgənin nümayəndələrinin iştirakı ilə Azərbaycanın ümummilli problemləri, həmçinin insan haqları, demokratik seçki mühitinin yaradılması, jurnalistlərin müdafiəsi və digər mühüm məsələlər müzakirə olunacaq və konkret qərarlar qəbul ediləcək" - deyə Şahbazov bildirib.

Müxalifəti təmsil edən Açıq Cəmiyyət Partiyasının lideri Azərbaycanın eks-spikeri Rəsul Quliyevdir. Quliyevin tərəfdarları Azərbaycan Demokrat Partiyasından (ADP) ayrılaraq öz qurultaylarını keçirib, Açıq Cəmiyyət Partiyasını yaradıblar.

Xəbər lenti

Xəbər lenti