...

Azərbaycanda qadın seçicilərin sayı kişilərdən çoxdur

Siyasət Materials 22 May 2007 12:27 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanda səsvermə hüququ olan vətəndaşlardan iki milyon 275 min 803 nəfəri (2.275.803) kişi, iki milyon 407 min 597 (2.407.507) nəfəri isə qadınlardır. Bu barədə çərşənbə axşamı Azərbaycan Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

Ümumilikdə seçicilərin sayı dörd milyon 683 min 400 (4.683.400) nəfərdir. Ötən illərlə müqayisədə Azərbaycan seçicilərinin sayı 82 min 500 nəfər artıb. Onlardan 45 mindən çoxu kişi, 37 mindən çoxu isə qadındır.

Seçicilərin yaş qrupu üzrə bölgüsünə əsasən, 18 yaşdan 35 yaşadək seçicilərin sayı bir milyon 836 min 606 (1.836.606) nəfər, 35-55 yaş arasında olanların sayı bir milyon 976 min 988 (1.976.988) nəfər, yaşı 55-dən yuxarı olan seçicilərin sayı 896 min 806 (896.806) nəfərdir.

Seçici siyahıları artıq MSK-nın rəsmi internet saytında yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti