...

Müxalifət bloku Qarabağ probleminin həllinə dair təkliflər hazırlayıb

Siyasət Materials 22 May 2007 17:39 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Üç müxalifətçi partiyanı birləşdirən "Demokratiya Uğrunda İttifaq" Qarabağ problemi ilə bağlı təkliflər hazırlayıb. Bu barədə İttifaqın həmtəsisçisi, Azadlıq Partiyasının sədri Əhməd Oruc məlumat verib.

Demokratiya Uğrunda İttifaqın təşkilatçılığı ilə mayın 24-də Bakıda Qarabağ Forumu keçiriləcək. Tədbirə ziyalılar, ekspertlər, hüquq müdafiəçiləri, millət vəkilləri, siyasi partiya rəhbərləri dəvət olunublar. Orucun sözlərinə görə, Forumda Qarabağ probleminin sülh yolu ilə nizamlanması üçün aparılan danışıqların indiki durumu, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi yolları müzakirə ediləcək. Forumda İttifaqın Qarabağ probleminə dair hazırladığı təkliflər açıqlanacaq. İttifaq Qarabağ münaqişəsinin həlli ilə bağlı konkret müddət qoyulmasını, bu müddətədək heç bir nailiyyət əldə olunmazsa, Azərbaycanın Ermənistanla danışıqlardan imtina etməsini, müddətli həll proqramının hazırlanmasını təklif edir.

İttifaqda Azadlıq, Klassik Xalq Cəbhəsi və Milli Demokratiya partiyaları təmsil olunur.

Xatırladaq ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib və 1992-ci ildən indiyədək işğal altında saxlayır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub. O dövrdən indiyədək tərəflər arasında sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti