...

Azərbaycanın iri müxalifət partiyalarının məşvərət qurumu yaradılacaq

Siyasət Materials 23 May 2007 11:59 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanın iri müxalifət partiyalarının məşvərət xarakterli alyansının yaradılması təşəbbüsünə bəzi partiyalar müsbət yanaşıb və ilkin razılıq əldə olunub. Bu barədə müxalifətyönlü Azərbaycan Demokrat Partiyasının (ADP) funksioneri Sərdar Cəlaloğlu çərşənbə günü məlumat verib.

Onun sözlərinə görə, yaxın günlərdə müxalifət partiyalarının zəif əməkdaşlığını, onların yalnız məsləhətləşmələrini nəzərdə tutan yeni Alyans yaradıla bilər. Bu təşəbbüslə bağlı AMİP-in lideri Etibar Məmmədovun, Müsavat başqanı İsa Qəmbərin, ACP lideri Rəsul Quliyevin ilkin razılığı var. "Azadlıq" blokunda təmsil olunan üç partiya isə məsələni müzakirə edib cavabını bildirəcək.

Cəlaloğlunun sözlərinə görə, yeni birlikdə toplaşacaq partiyalar heç bir öhdəlik götürməyəcək, burada qərarlar qəbul edilməyəcək: "Sadəcə məqsədimiz müxalifət daxilində sağlam münasibətlər yaratmaq, siyasi qüvvələrin yeni ideyalarını formalaşdırmaqdır"-deyə Cəlaloğlu bildirib.

Bu qurumun təsis olunacağı vaxt isə hələlik təyin olunmayıb.

Xəbər lenti

Xəbər lenti