...

Türkmənistan XİN başçısı Azərbaycana səfər edəcək

Siyasət Materials 24 May 2007 11:43 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Ağayeva / Türkmənistan xarici işlər naziri Rəşid Meredov Azərbaycana rəsmi səfərə dəvət edilib. Bu dəvəti ona Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Aşqabada rəsmi səfəri zamanı təqdim edib. Bu barədə Azərbaycan XİN mətbuat xidmətindən verilən məlumatda deyilir.

Xəbərə görə, XİN başçılarının görüşündə ikitərəfli münasibətlər, regional problemlər, habelə Xəzərdəki tərəfdaşlıqla bağlı məsələlər müzakirə olunub. Azərbaycan və Türkmənistan xarici işlər nazirləri həmçinin rəhbərlik etdikləri idarələr arasında mütəmadi məsləhətləşmələrin keçirilməsinə dair anlaşma əldə ediblər.

Aşqabada səfəri zamanı Məmmədyarov Türkmənistan prezidenti Qurbanqulu Berdımuxammedovla da görüşüb. Görüşdə nəqliyyat və energetika sahəsində ikitərəfli münasibətlərin inkişafı, habelə ölkələr arasında iqtisadi-ticarət dövriyyəsi nəzərdən keçirilib.

Azərbaycan XİN başçısı hökumətlərarası komissiyanın yaradılması təklifi ilə çıxış edib. Öz növbəsində Türkmənistan prezidenti bu təşəbbüsə müsbət yanaşaraq öz təkliflərini irəli sürüb. Bu təkliflər əsasən elm və təhsillə bağlı olub.

Xəbər lenti

Xəbər lenti