...

Ermənistan Silahlı Qüvvələri yenidən atəşkəsi pozub

Siyasət Materials 29 May 2007 11:46 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri dünən günorta saat 13.00-dan 13.10-dək Noyamberyan rayonunun Vozkevan kəndinin cənub-şərqində yerləşən mövqelərindən Azərbaycan Milli Ordusunun Qazax rayonunun Quşçu Ayrım kəndi sahəsindəki mövqelərini avtomatlardan atəşə tutub. Bu barədə çərşənbə axşamı Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

Qazax rayonu paytaxt Bakıdan 520 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti