...

Macarıstan telekanalı Azərbaycanla bağlı verilişlər nümayiş etdirəcək

Siyasət Materials 29 May 2007 16:28 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Ağayeva/ Bu gün Macarıstanın "Duna-TV" televiziya kanalı gün ərzində Azərbaycan barədə verilişləri nümayiş etdirəcək. Bu haqda Azərbaycanın Macarıstandakı səfirliyi məlumat verib.

Səhər efirində Azərbaycanın Macarıstandakı səfiri Həsən Həsənovla müsahibə göstərilib. Səfir Azərbaycan prezidenti İlham Əliyevin respublikanın Avropaya inteqrasiyası istiqamətindəki səylərindən bəhs edib.

Gün ərzində tamaşaçılara müxtəlif janrlı verilişlər təqdim olunacaq. Buraya müsahibə, reportajlar, sənədli və bədii filmlər daxildir.

Xəbər lenti

Xəbər lenti