...

Ramiz Mehdiyev: "Azərbaycan prezidentinin ölkədə prezidentlik müddətini 5 ildən 7 ilədək artırmaq niyyəti yoxdur"

Siyasət Materials 31 May 2007 12:48 (UTC +04:00)
Ramiz Mehdiyev: "Azərbaycan prezidentinin ölkədə prezidentlik müddətini 5 ildən 7 ilədək artırmaq niyyəti yoxdur"

Azərbaycan, Bakı/müxbir Trend S.Ağayeva/Azərbaycan prezidentinin ölkədə prezidentlik səlahiyyətlərinin müddətini 5 ildən 7 ilədək artırmaq niyyəti yoxdur. Bu barədə cümə axşamı prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev jurnalistlərə bəyan edib.

Son günlər ölkədə İlham Əliyevin prezidentlik səlahiyyətlərinin 5 ildən 7 ilədək artırılması barədə səsləndirilən bəyanatları şərh edərkən Mehdiyev bildirib: "Mən bunu ayrı-ayrı şəxslərin xoş arzusu kimi qiymətləndirirəm. Prezidentin özünün isə bu cür arzusu yoxdur".

Onun sözlərinə görə, bununla bağlı ölkə Konstitusiyasına dəyişikliklərin edilməsi nəzərdə tutulmur. "Bu ola bilməz" - deyə Mehdiyev əlavə edib.

Dövlət gerbi və himninin dəyişdirilməsi üzrə təkliflər barədə açıqlama verən prezidentin İcra Aparatının rəhbəri bu təklifləri subyektiv fikir kimi qiymətləndirib və bildirib ki, bu cür məsələlər hakimiyyət tərəfindən nəzərdən keçirilmir.

Xəbər lenti

Xəbər lenti