...

Daxili işlər naziri: "Jurnalistin polis tərəfindən döyülməsi sübut olunarsa, həmin polis əməkdaşı məsuliyyət daşıyacaq" (video)

Siyasət Materials 31 May 2007 12:35 (UTC +04:00)
Daxili işlər naziri: "Jurnalistin polis tərəfindən döyülməsi sübut olunarsa, həmin polis əməkdaşı məsuliyyət daşıyacaq" (video)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbəliyeva/ "Gündəlik Azərbaycan" qəzetinin şöbə redaktoru Üzeyir Cəfərovun polis tərəfindən döyülməsi sübut olunarsa, həmin polis əməkdaşı vəzifəsindən asılı olmayaraq məsuliyyət daşıyacaq. Bu barədə cümə axşamı jurnalistlərə açıqlamasında daxili işlər naziri Ramil Usubov məlumat verib: "Onun istintaq zamanı ifadə vermək hüququ var. Konkret olaraq adını çəkdiyi polisdən şübhələnməsini əsaslandırsın. Aparılan istintaq yəqin ki, ona hüquqi qiymət verəcək". Nazirin sözlərinə görə, hər hansı şəxsin ona hədə-qorxu gəlinməsi, təzyiq göstərilməsi barədə ifadə verməsi ilə əks tərəfi cinayət məsuliyyətinə cəlb etmək olmaz. Həmin ifadədəki faktlar araşdırılmalıdır.

Azərbaycanda jurnalistlərin təhlükəsizlik məsələlərinin həmişə hüqüq-mühafizə orqanlarının diqqət mərkəzində olduğunu deyən Usubov Azərbaycanda jurnalistlərin həyatı üçün təhlükə olmadığını söyləyib.

"Bütün ölkələrdə olduğu kimi, bizdə də jurnalistlərlə bağlı ayrı-ayrı faktlar olub. Belə faktlarla bağlı cinayət işləri qaldırılıb, araşdırmalar aparılıb, cinayət törədən şəxslər cəzalandırılıb" - deyə nazir əlavə edib.

Xəbər lenti

Xəbər lenti