...

Qadınlara qarşı zorakılığın aradan qaldırılması məsələsi Strasburqda müzakirə olunacaq

Siyasət Materials 2 İyun 2007 14:37 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir İ.Əlizadə/ Qadınlara qarşı zorakılığın aradan qaldırılması məsələsi iyunun 4-dən 6-dək Strasburqda müzakirə olunacaq. Bu barədə şənəbə günü Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

"Qadınlara qarşı məişət zorakılığı ilə mübarizə" mövzusunda keçiriləcək müzakirələrin təşkilatçısı Avropa Şurasıdır. Görüş iştirakçıları Avropa Şurası tərəfindən müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməsi, bu istiqamətdə milli parlamentlərin fəaliyyəti, məişətdə qadınlara qarşı edilən fiziki, psixoloji zorakılıqlarla mübarizə üsulları, bu sahədə maarifləndirmə işinin aparılması və s. məsələlər ətrafında müzakirələr aparacaqlar.

Deputat Gülər Əhmədova tədbirdə iştirak etmək üçün iyunun 3-dən 8-dək Strasburqda səfərdə olacaq.

Əhmədova Avropa Şurasının qadınlara qarşı zorakılıqla mübarizə kampaniyasının Azərbaycan üzrə koordinatorudur.

Xəbər lenti

Xəbər lenti