...

DAK sədrinin müşaviri: "Sədrliyə Cavad Derəxtinin namizədliyini dəstəkləyəcəm"

Siyasət Materials 5 İyun 2007 14:12 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədrliyinə seçkilərdə namizədlər arasında Cavad Derəxtiyə üstünlük veriləcək. Bu barədə DAK sədrinin türk dünyası üzrə müşaviri Tənzilə Rüstəmxanlı açıqlama verib.

İyulun səkkiz, doqquz və onunda Almaniyanın Köln şəhərində DAK-ın növbəti doqquzuncu qurultayı keçiriləcək.

Rüstəmxanlı qeyd edib ki, qurultayda DAK-ın Nizamnaməsi və strukturunda dəyişikliklər ediləcək. Onun sözlərinə görə, DAK Məclisinin ləğv edilməsi və əvvəlki kimi İdarə Heyəti formalaşdırılması təklif olunur. Qurultayda DAK sədri, Məclis və ya İdarə Heyəti üzvləri seçiləcək. DAK Məclisi sədrliyinə hazırda yalnız indiki sədr Derəxti namizəddir. Qurultay zamanı başqa namizədlərin də irəli sürülməsi gözlənilir.

"DAK-ın sədrliyinə həmişə Güney Azərbaycandan olan şəxs seçilir. Təcrübəsini nəzərə alaraq, Derəxtinin namizədliyini dəstəkləyəcəm" - deyə Rüstəmxanlı bildirib.

DAK 1997-ci ildə ABŞ-da yaradılıb. Təşkilat əsasən Güney Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizə aparır. Qurumda dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar təmsil olunur.

Xəbər lenti

Xəbər lenti