...

Azərbaycan prezidentinin Sankt-Peterburqda MDB dövlət başçıları ilə təkbətək görüşləri olacaq

Siyasət Materials 7 İyun 2007 13:26 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan prezidenti İlham Əliyevin MDB-yə üzv dövlətlərin başçıları ilə təkbətək görüşləri nəzərdə tutulur. Bu barədə Trend ə Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov məlumat verib.

İyunun 10-da Sankt-Peterburqda 11-ci İqtisadi Forum işinə başlayacaq. Forum çərçivəsində MDB ölkələrinin dövlət başçılarının qeyri-formal toplantısı olacaq.

Baş konsul Osmanovun sözlərinə görə, bu Forum çərçivəsində bir sıra MDB dövlətlərinin başçıları Azərbaycan prezidenti ilə ikitərəfli görüşlər keçirmək niyyətindədirlər: "Bir neçə dövlət başçısının Azərbaycan prezidenti ilə görüş keçirmək istədiyi barədə təkliflər gəlir. Hazırda bu görüşlərin təşkili ilə bağlı hazırlıq işləri gedir. Azərbaycan prezidentinin bir neçə dövlət başçısı ilə təkbətək görüşləri gözlənilir".

Azərbaycan dövlət başçısının həmçinin Ermənistan prezidenti Robert Köçəryanla da təkbətək görüşü olacaq, Dağlıq Qarabağ məsələsinə dair danışıqlar davam etdiriləcək.

Osmanov qeyd edib ki, İqtisadi Forumda MDB-yə daxil olan 12 dövlətin prezidenti, 20-yə yaxın ölkənin baş nazirləri, həmçinin müxtəlif sahələr üzrə nazirlər iştirak edəcək.

Azərbaycandan İqtisadi Forumda baş nazirin birinci müavini Yaqub Eyyubov, iqtisadi inkişaf naziri Heydər Babayev, sənaye və energetika naziri Natiq Əliyev, Azərbaycan Beynəlxalq Bankının prezidenti Cahangir Hacıyev iştirak edəcəklər.

Baş konsul Osmanovun sözlərinə görə, İqtisadi Forumlarda adətən, ölkələrarası sazişlər bağlanmadığından, bu dəfə də belə bir proqram nəzərdə tutulmayıb. "Lakin Azərbaycana iqtisadi yatırımlar,sərmayələr cəlb edilmsi ilə bağlı ölkələrlə ilkin niyyətlər, razılıqlar əldə oluna bilər" - deyə Osmanov qeyd edib.

Xəbər lenti

Xəbər lenti