...

Azərbaycan Dərnəklərinin Federasiyası ermənilərin törətdikləri soyqırım faktlarını dünya ictimaiyyətinə çatdırmaq üçün tədbirlər planı hazırlayıb

Siyasət Materials 7 İyun 2007 14:28 (UTC +04:00)
Azərbaycan Dərnəklərinin Federasiyası ermənilərin törətdikləri soyqırım faktlarını dünya ictimaiyyətinə çatdırmaq üçün tədbirlər planı hazırlayıb

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Türkiyədə fəaliyyət göstərən diaspor təşkilatlarını özündə birləşdirən Azərbaycan Dərnəklərinin Federasiyası (ADF) ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım faktlarını dünya ictimaiyyətinə çatdırmaq məqsədilə tədbirlər planı hazırlayıb. Bu barədə cümə axşamı telefonla Azərbaycanın İstanbuldakı baş konsulu Səyyad Aran məlumat verib. Onun sözlərinə görə, tədbirlər planına əsasən, ADF ermənilərin təcavüzkar siyasət yürütmələri, soyqırım faktları törətmələri ilə bağlı silsilə şəkildə beynəlxalq konfranslar keçirəcək, mitinqlər, fotosərgilər təşkil edəcək. Ermənilərin törətdiyi cinayətlərin beynəlxalq təşkilatlarda soyqırım faktı kimi tanınması istiqamətində işlər görüləcək.

Aran bildirib ki, bu ayın sonlarında İstanbulun Polis Akademiyasında ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım faktları ilə bağlı tədbir keçiriləcək. Tədbirdə Türkiyə və Azərbaycan alimləri, millət vəkilləri iştirak edəcək.

ADF-də 20-ə yaxın Türkiyədə fəaliyyət göstərən diaspor dərnəkləri birləşib.

Xəbər lenti

Xəbər lenti