...

Xarici işlər naziri: Azərbaycan Qəbələ RLS-in birgə istismarı ilə bağlı məsləhətləşmələri ikitərəfli və üçtərəfli formatda başlamağa hazırdır

Siyasət Materials 8 İyun 2007 13:53 (UTC +04:00)
Xarici işlər naziri: Azərbaycan Qəbələ RLS-in birgə istismarı ilə bağlı məsləhətləşmələri ikitərəfli və üçtərəfli formatda başlamağa hazırdır

Azərbaycan, Bakı /müx. Trend S.Ağayeva/ Rusiya prezidenti Vladimir Putinin Qəbələ RLS-in birgə istismarı ilə bağlı dünənki təklifi ilə bağlı fikir bildirən Azərbaycanın xaici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Azərbaycan Qəbələ RLS-in birgə istismarı ilə bağlı məsləhətləşmələri ikitərəfli və üçtərəfli formatda başlamağa hazırdır.

"Bu mövzu əslində çoxdan müzakirə olunurdu. RF xarixi işlər nazirinin Azərbaycana bu yaxınlardakı səfəri zamanı Rusiya tərəfi bu təkliflə çıxış edib. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, bu məsələnin həllində biz milli maraqları əsas tutacağıq" - deyə o bildirib.

Xarici işlər naziri həmçinin bu məsələnin Azərbaycanın digər dövlətlərlə münasibətlərinə xələl gətirməyəcəyinə əmin olduğunu bildirib. "Ümumilikdə bu, regionda stabillik yarada bilər"- deyə o bildirib.

Qəbələ RLS SSRİ-nin raket əleyhinə müdafiə sisteminin elementlərindən biri kimi sovet dövründə tikilib. Azərbaycanın müstəqillik əldə etməsindən və Qəbələ RLS-in onun mülkiyyətinə keçməsindən sonra Rusiya baş verən dəyişikliklərə baxmayaraq onun istifadəsini davam etdirir.

RLS-in icarəyə verilməsi haqqında müqavilə 2002-ci ildə bağlanıb.

Qəbələ RLS məsələsi dəfələrlə daxili siyasi debatların və parlamentin müzakirə mövzusuna çevrilib. 2004-cü ilin sonunda Ekologiya Nazirliyi stansiyanın elektromaqnit şüalanmasının təbiətə və insan səhhətinə təsiri ilə bağlı monitorinq elan edib.Müxtəlif yerli ekoloji təşkilatlar təsdiq edirlər ki, stansiyadan buraxılan elektromaqnit şüaları həm ətraf mühitə, həm də insan orqanizminə mənfi təsir göstərir.

Xəbər lenti

Xəbər lenti