...

Yeraltı keçidlərdən istifadə etməyən 1000-dən artıq piyada cərimələnib (video)

Siyasət Materials 9 İyun 2007 13:54 (UTC +04:00)
Yeraltı keçidlərdən istifadə etməyən 1000-dən artıq piyada cərimələnib  (video)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Yeraltı keçidlərdən istifadə etməyən 1000-dən artıq Bakı sakini son günlər keçirilən reydlər zamanı cərimələnib. Bu barədə şənbə günü Trend ə açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin nəqliyyatın təhlükəsizliyinin təmini və ictimaiyyətlə əlaqə şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib.

Onun sözlərinə görə, reydlərə Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları da cəlb edilib. Cərimə olunan piyadalara İnzibati Xətalar Məcəlləsinin 153-cü maddəsinə müvafiq olaraq şərti maliyyə vahidinin üç misli qədər cərimə tətbiq olunub.

Xəbər lenti

Xəbər lenti