...

Yeni Azərbaycan Partiyası mətbuatla bağlı konfrans keçirəcək

Siyasət Materials 11 İyun 2007 14:16 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Yeni Azərbaycan Partiyası (YAP) iyunun 21-də Azərbaycan mətbuatının vəziyyətinə həsr olunmuş konfrans keçirəcək. Bu barədə bazar ertəsi Bakıda hakim Yeni Azərbaycan Partiyasının icra katibi, millət vəkili Əli Əhmədov məlumat verib.

Əhmədov qeyd edib ki, konfransda mətbuatın hazırkı durumu müzakirə olunacaq.

Onun sözlərinə görə, konfransa müxalifət qəzetləri və müxalifətyönlü KİV təşkilatları da dəvət olunacaq.

YAP 1992-ci ildə Naxçıvanda yaradılıb. 14 ildir ki, hakim partiya olan YAP-ın ilk sədri mərhum eks-prezident Heydər Əliyev olub. Partiyanın hazırkı sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti