...

ABŞ Dövlət Departamenti: Ağ Ev Putinin Azərbaycanda PRO-nun yerləşdirilməsi ilə bağlı təklifini ciddi şəkildə nəzərdən keçirir

Siyasət Materials 16 İyun 2007 12:11 (UTC +04:00)

ABŞ Administrasiyası Rusiya prezidenti Vladimir Putinin PRO sistemi üçün sipərin yaradılması məqsədilə Azərbaycandakı Qəbələ RLS-dən istifadəyə dair təklifini ciddi şəkildə nəzərdən keçirir. ABŞ Dövlət Departamentinin nümayəndəsi Şon Makkormak bildirib ki, təklif Birləşmiş Ştatlar üçün maraqlı ola bilər. RBK -nın "Associated Press"ə istinadən yaydığı məlumata görə, bununla yanaşı diplomat bu marağın nədən ibarət olduğunu dəqiqləşdirməyib.

Hayliqendammda keçirilən ikitərəfli danışıqlarda Putin ABŞ prezidenti Corc Buşa Amerikanın PRO sisteminin radar sistemini Çexiyada yox, Azərbaycanda yerləşdirməyi təklif edib. Rusiya prezidenti Birləşmiş Ştatların yaratdığı qlobal raketl əleyhinə sistem üçün sipər kimi Azərbaycanda icarəyə götürdüyü Qəbələ RLS-dən istifadəni mümkün sayır. Putin ABŞ liderinə bu bazanı birgə istismar etmək təklifi edib və müvafiq variantın Vaşinqtonun Polşa və Çexiyada tətbiq etmək istədiyi variantdan üstünlüyünü önə çəkib.

Putinin təklifini şərh edən Buş bunu məntiqli kimi dəyərləndirərək müvafiq istiqamətdə danışıqların davam etdiriləcəyini vəd edib. "Rusiyanın öz ideyaları, bizim isə öz ideyalarımız var. Gəlin onları müzakirə edək və birgə qərar verək. Biz artıq Putinlə bu məsələni müzakirə etməyə başlamışıq, lakin mənə elə gəldi ki, bizim variantımız Putinin xoşuna o qədər də gəlməyib" - deyə Buş vurğulayıb.

ABŞ Polşa ərazisində 10 raket yerləşdirməyi, habelə qonşu Çexiyada radiolokasiya stansiyası tikməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti