...

Azərbaycan hərbçiləri beynəlxalq tədbirlərə qatılıb

Siyasət Materials 18 İyun 2007 11:19 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycan ilə ABŞ arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq iyunun 20-dən 22-dək Almaniyanın Grafenüohr şəhərində "Avropa Silahlı Qüvvələrinin baş çavuşları üçün konfrans" keçiriləcək. Konfransda Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak etmək üçün Almaniyaya yola düşüb. Bu barədə bazar ertəsi Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Hərbçilərimiz həmçinin Azərbaycan ilə Türkiyə arasında imzalanan ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq bu gündən başlayaraq iyunun 29-dək İstanbul şəhərində "Mərmilər və döyüş sursatları" üzrə kursda iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti