Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Daxili İşlər Nazirliyinin (DİN) Çevik Polis Alayı və Bakı şəhər Baş Polis İdarəsinin (BPİ) əməkdaşları Bakıda keçirilən GUAM sammiti ilə bağlı bir sıra təhlükəsizlik tədbirləri həyata keçirir. DİN-in mətbuat xidmətindən çərşənbə axşamı bildiriblər ki, bir gecədə Bakıda avaraçılıq və dilənçiliklə məşğul olan 46 nəfər saxlanılıb. Onlar Bakı BPİ-nin Qəbuledici-Bölüşdürücü Məntəqələrinə təhvil verilib.
İyunun 18-19-da GUAM sammitində iştirak etmək üçün Ukrayna, Gürcüstan, Rumıniya, Polşa, Litva prezidentləri və Moldavanın baş naziri Bakıya gəlib.