...

Azərbaycanda muğam tarixində ilk dəfə tematik jurnal işıq üzü görüb

Siyasət Materials 2 İyul 2007 16:01 (UTC +04:00)
Azərbaycanda muğam tarixində ilk dəfə tematik jurnal işıq üzü görüb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı /müx. Trend S.Ağayeva/ Azərbaycanda muğam tarixində ilk dəfə incəsənətin bu növünə aid qeyri-adi jurnal işıq üzü görüb. "Muğam" adlı yeni nəşrin başlıca məqsədi yeni nəslin muğamı öyrənməsi və ciddi tematik diskussiyaların keçirilməsidir. "Azərbaycan mədəniyyətinın dostları" fondunun buraxdığı jurnalın baş redaktoru fondun prezidenti, YUNESCO və İSESCO-nun Xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevadır.

"Muğam dünyasının bu cür maraqlı və cazibəli dünyasına səyahətə yollanarkən oxucu ilə müəyyən dialoq formalaşdırmaq istərdik" - deyə bazar ertəsi Mehriban Əliyeva jurnalın təqdimat mərasimində deyib.

Onun sözlərinə görə, nəşrin səhifələrində həmçinin Heydər Əliyev Fondunun əsas layihələrinin reallaşması prosesləri öz əksini tapacaq. Bunların arasında "Muğam-İrs", "Muğam-Ensiklopediya", "Muğam-İnternet", "Muqam-Mərkəz" və digərləri var.

"Muğam sanki bir kiçik dünyadır. Burada inkişaf qanunları astronomiyadakı kimi dəqiq yazılmasa da, improvizasiya imkanları praktiki olaraq sərhədsizdir. Muğamın məhz bu özəlliyi onun öyrənilməsi, dərsliklərin yazılması, not yazısının tətbiqi və s. məsələlərdə problemlər yaradır. Bütün bu məsələləri elə bir müzakirə səviyyəsinə çıxarmaq istərdik ki, bu müzakirələrdə optimal həll variantını tapmaq mümkün olsun" - deyə Mehriban Əliyeva qeyd edib.

Azərbaycan, rus və ingilis dillərində işıq üzü görən jurnalın birinci nömrəsində Azərbaycanın böyük bəstəkarları və muğam ifaçıları barədə məqalələr, habelə azərbaycanlı musiqiçi-alimlərinin araşdırma işləri yer alıb.

Xəbər lenti

Xəbər lenti