...

Azərbaycan prezidentinin Qazaxıstana səfəri öncəsi hökumətlərarası komissiyanın iclası baş tutacaq

Siyasət Materials 2 İyul 2007 21:08 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Avqust ayının 7-8-də Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri nəzərdə tutulub. Bu barədə Qazaxıstanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Andar Şukputov məlumat verib.

Onun sözlərinə görə, səfər öncəsi Qazaxıstanda iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası keçiriləcək. Komissiyanın iclası zamanı Azərbaycan prezidentinin səfəri zamanı imzalanacaq layihələr razılaşdırılacaq. Energetika, nəqliyyat və digər sahələrdə sənədlərin imzalancağı gözlənilir.

Komissiyanın rəhbəri Qazaxıstan tərəfdən energetika və mineral ehtiyatlar naziri Baktıqoca İzmuxambetov, Azərbaycan tərəfdən isə iqtisadi inkişaf naziri Heydər Babayevdir.

Xəbər lenti

Xəbər lenti