...

Demokratik İslahatlar Partiyasının sədri "Aqo" Qrupu ilə görüşüb

Siyasət Materials 6 İyul 2007 15:53 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Azərbaycanda səfərdə olan "Aqo" Qrupu ilə cümə günü görüş keçirib. Görüşdə Azərbaycandakı ictimai-siyasi vəziyyət, Azərbaycanla Avropa Şurasının əməkdaşlığı barədə müzakirələr aparılıb.

Mollazadə "Aqo" Qrupuna Demokratik İslahatlar Partiyasının fəaliyyəti barədə məlumat verib. Həmçinin partiyanın Azərbaycanda gedən proseslərlə bağlı mövqeyini diqqətə çatdırıb.

Mollazadə Azərbaycan Milli Məclisinin deputatıdır.

Xəbər lenti

Xəbər lenti