...

Cari ilin birinci yarımilliyində qeydə alınan fahişəliyə cəlb etmə və ya əxlaqsızlıq yuvaları saxlama cinayətlərinin hamısının açılması təmin edilib

Siyasət Materials 18 İyul 2007 15:00 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Cari ilin birinci yarımilliyində respublikada 8967 cinayət qeydə alınıb. Daxili İşlər Nazirliyindən Trend ə verilən məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 115 və ya 1,3 faiz azdır. Cinayətlərin 8676-sı daxili işlər orqanları tərəfindən qeydə alınıb. DİN sistemi üzrə qeydə alınmış cinayətlərin 3641-i (42,0%) böyük ictimai təhlükə törətməyən, 4110-u (47,4%) az ağır, 925-i (10,7%) ağır  və xüsusilə ağır cinayətlər olub. Qeydə alınmış cinayətlərin strukturunda 3177-si şəxsiyyət əleyhinə, 3075-i ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 2047-si iqtisadi sahədə törədilən, onlardan 1992-si mülkiyyət əleyhinə, 376-sı dövlət hakimiyyəti əleyhinə olan cinayətlərdir. Qeydiyyata alınmış hər 2 cinayətdən 1-i az ağır və ya böyük ictimai təhlükə törətməyən, hər 6-si narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı, hər 9-u oğurluq, hər 13-ü isə  yol-nəqliyyat hadisələri ilə bağlı olub.

Daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayətlərin 93,1%, o cümlədən şəxsiyyət əleyhinə olan cinayətlərin 97,1%, narkotik vasitələrlə bağlı cinayətlərin 96,3%, insan alveri ilə bağlı cinayətlərin 99,2%, yol hərəkəti və  nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətlərinin 91,7%, o cümlədən ölümlə nəticələnən yol-nəqliyyat hadisələri ilə bağlı 93,7%, ekoloji cinayətlərin 94,9%, hədə-qorxu ilə tələb etmə, qaçaqmalçılıq, fahişəliyə cəlb etmə və ya əxlaqsızlıq yuvaları saxlama cinayətlərinin hamısının açılması təmin edilib.Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2007-ci ilin 6 ayı ərzində qəsdən adam öldürmə cinayətləri 22, oğurluq 8, avtonəqliyyatın qaçırılması 5, ekoloji cinayətlər 5 fakt azalıb. Banditizm və cinayət birlik yaratma, adamları girov götürmə cinayətləri  ümumiyyətlə qeydə alınmayıb.Törədilmiş qəsdən sağlamlığa ağır zərər vurma 10, zorlama (cəhdlərlə), seksual xarakterli zorakılıq hərəkətləri 11, mənimsəmə və israfetmə 3, hədə-qorxu ilə tələb etmə 24, qaçaqmalçılıq 11 fakt artıb.

Xəbər lenti

Xəbər lenti