...

Bu ilin 6 ayında 1158 sürücü müxtəlif müddətlərə sürücülük hüququndan məhrum edilib

Siyasət Materials 18 İyul 2007 16:25 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Bu ilin 6 ayında respublikada 45 nəfərə sürücülük vəsiqəsi verilib. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) çərşənbə günü Trend ə bildirilib ki, hesabat dövründə kobud qayda pozuntularına yol verdiyi üçün 1158 nəfər müxtəlif müddətlərə sürücülük hüququndan məhrum edilib.

Cari ilin 6 ayında respublikaya 38 min avtomobil gətirilib. 50 mindən artıq avtomobil BDYPİ-də qeydiyyatdan keçib, 77 min avtomobilə isə qeydiyyat şəhadətnaməsi verilib.

Xəbər lenti

Xəbər lenti