...

Azərbaycanın qərərgahdan çıxarılan müxalifət partiyası yeni ofisə köçəcək

Siyasət Materials 20 İyul 2007 12:20 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) qərargah problemi payıza qədər həll olunacaq. Bu barədə partiyanın sədri Əli Kərimli məlumat verib.

Xatırladaq ki, AXCP Xaqani küçəsi 33 ünvanında müvəqqəti yerləşdiyi qərargahdan ötən il çıxarıldı.

Kərimlinin sözlərinə görə, AXCP-nin partiya strukturları hələlik müxtəlif ünvanlarda yerləşir. Bakıda pariyanın bir neçə rayon təşkilatının qərargahı var və AXCP-nin bəzi strukturları orada fəaliyyət göstərir. Təşkilat şöbəsi isə partiya üzvlərindən birinin mənzilində fəaliyyət göstərir.

"Beləcə, koordinasiyanı təşkil edirik, çalışırıq ki, yaxın aylarda qərargah problemini həll edək. Hələlik isə partiya əsasən qurultaya hazırlıq işləri ilə məşğuldur. Ona görə də partiyanın təşkilat şöbəsinə yer ayırmışıq".

Kərimli qeyd edib ki, qərargahsız olduğu üçün partiya qurultayın vaxtını müəyyənləşdirə bilmir. Rayon təşkilatlarının konfranslarının keçirilməsində də problemlər yaranır. Buna baxmayaraq, AXCP sədrinin sözlərinə görə, qurultay bu il ərzində keçiriləcək.

Müxalifəti təmsil edən AXCP hazırda "Azadlıq" siyasi blokunda təmsil olunur.

Xəbər lenti

Xəbər lenti