...

Səfir: "Azərbaycan prezidentinə İordaniya universitetlərindən birinin fəxri doktoru diplomu təqdim olunacaq"

Siyasət Materials 25 İyul 2007 13:57 (UTC +04:00)
Səfir: "Azərbaycan prezidentinə İordaniya universitetlərindən birinin fəxri doktoru diplomu təqdim olunacaq"

Azərbaycan, Bakı /müx. Trend K.Ramazanova/ Azərbaycan prezidenti İlham Əliyevin İordaniyaya səfəri zamanı prezidentə İordaniya universitetlərindən birinin fəxri diplomu təqdim olunacaq. Bu barədə çərşənbə günü Azərbaycanın İordaniyadakı səfiri Elman Araslı telefonla Ammandan verilən məlumatda bildirib.

Azərbaycan prezidentinin İordaniyaya səfəri iyulun 29-30-na planlaşdırılıb. Səfər zamanı Azərbaycanın eks-prezidenti Heydər Əliyevin şərəfinə adlandırılmış prospektin açılışı baş tutacaq.

Səfir qeyd edib ki, səfər zamanı Azərbaycan prezidenti İordaniya əmiri və Ammanın meri ilə görüşəcək. Prezidenti müşayiət edəcək Azərbaycan nazirləri öz həmkarları ilə görüşəcəklər.

Azərbaycan və İordaniya arasında müdafiə, iqtisadiyyat, ədliyyə və informasiya sahəsində 12 müqavilənin imzalanacağı gözlənilir.

Həmçinin hər iki ölkənin telekanalları və informasiya agentlikləri arasında sənədlər imzalanacaq. Mədəniyyət və idman sahəsində müqavilələrin, Amman və Bakının qardaş şəhərlər olmasının təsdiq olunacağı gözlənilir.

Prezident Əliyevin səfəri ötən ilin avqustunda Azərbaycana gələn İordaniya kralı ikinci Abdullanın səfərinə cavab xarakteri daşıyır.

Xəbər lenti

Xəbər lenti